PDF Oxu

Dünya

  • 18

Moskva metropolitenində həlak olanların sayı 35 nəfərə çatıb

Moskva metropolitenində həlak olanların sayı 35 nəfərə çatıb
"İnterfaks" informasiya agentliyinin martın 29-da yaydığı məlumata görə, Moskva metropolitenində baş vermiş iki partlayış nəticəsində həlak olanların sayı 35 nəfərə çatmış, 73 nəfər isə bədən xəsarəti almışdır. Fövqəladə hallar xidmətinin məlumatına görə, ilk partlayış səhər saat 8 radələrində "Lubyanka" metrostansiyasında törədilmişdir. Partlayış nəticəsində 23 nəfər həlak olmuşdur. İkinci partlayış səhər saat 9-un yarısında "Mədəniyyət Parkı" metrostansiyasında qatarın üçüncü vaqonunda törədilmişdir. Nəticədə 12 nəfər həlak olmuşdur. Fövqəladə hallar xidmətinin məlumatına görə, 49 nəfər xəstəxanaya çatdırılmışdır. Yaralıların bir çoxunun vəziyyəti olduqca ağırdır. RİA "Novosti" informasiya agentliyinin məlumatına görə, partlayışı törədən iki kamikadze qadın "Cənubi-Qərb" metrostansiyasından qatara minmişdir. Moskva güc strukturlarının agentliklərə verdikləri məlumatlara görə, "Lubyanka"da partlayışın törədilməsinin səbəbi stansiyada Federal Təhlükəsizlik Xidmətinin şöbəsinin olmasıdır. Bu məlumata görə, ikinci partlayış "Radial Mədəniyyət Parkı"nda deyil, "Oktyabr" stansiyasında törədilməli idi. Belə ehtimal olunur ki, kamikadze qadınlar Qafqazın dağlıq hissəsindən xüsusi sifarişlə gəlmişlər.

Digər xəbərlər