PDF Oxu

Dünya

  • 12

Yaxın Şərq "kvarteti" İsraildən tikintini dayandırmağı tələb edib

Yaxın Şərq "kvarteti" İsraildən tikintini dayandırmağı tələb edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Yaxın Şərqdə konfliktin nizamlanmasına vasitəçilik edən beynəlxalq "kvartet" İsraili Şərqi Yerusəlimdə yaşayış məskənlərinin tikintisini dayandırmağa çağırmışdır.
Rusiya, Avropa Birliyi, BMT və ABŞ-ın nazirlərinin Moskvada keçirdikləri yığıncaqda qəbul etmiş olduqları bəyanatı BMT-nin Baş katibi Pan Gi Mun jurnalistlərə açıqlamışdır. Bəyanatda Şərqi Yerusəlimdə yeni yaşayış məskənlərinin salınması tənqid edilir və İsrail hökumətinə tövsiyə edilir ki, tikintini və yeni yaşayış məskənlərinə əhalinin köçürülməsini dayandırsın. "Kvartet" hər iki tərəfi təxribatlardan çəkinməyə çağırmışdır. Sənəddə göstərilir ki, Şərqi Yerusəlimin status məsələsi "tərəflər arasında keçirilən danışıqlarda müəyyənləşdirilməlidir".
"Qardian" qəzetinin yazdığına görə, İsrailin baş naziri Binyamin Netaniyaqu ABŞ-ın dövlət katibi Hillari Klintonla telefon danışığı zamanı Fələstin tərəfi sülh danışıqlarına cəlb etmək üçün müəyyən tədbirlər görəcəyini bildirmişdi.
Xatırladırıq ki, martın 9-da İsrailin Xarici İşlər Nazirliyi Şərqi Yerusəlimdə 1600 yeni yaşayış məskənlərinin salınması haqda sərəncam vermişdi. Həmin vaxt ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Hillari Klinton bu qərarı kəskin surətdə tənqid etmişdir.
Martın 19-a keçən gecə İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsini raket atəşinə tutmuşdur. "Yerusəlim Post" qəzetinin yazdığına görə, nəticədə iki fələstinli həlak olmuşdur. Bir müddət əvvəl isə Qəzza bölgəsindən İsrail ərazisi raket atəşinə tutulmuşdu. Martın 18-də İsrailin Nativ a-Asara yaşayış məntəqəsi yaxınlığına düşən "Kassam" mərmisi 30 yaşlı Tayland fəhləsinin ölümünə səbəb olmuşdur.

Digər xəbərlər