PDF Oxu

Dünya

  • 7

Braziliya prezidenti cərimələnib

Braziliya prezidenti cərimələnib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Braziliya prezidenti Luis İqnasiu Lula da Silva yeni ölkə başçısının seçilməsi ilə əlaqədar keçiriləcək seçkiönü təşviqat mərhələsində törətdiyi qanun pozuntusuna görə cərimələnmişdir. Bu yöndə aparılan məhkəmə dinləmələri zamanı Braziliya prezidentinin 2009-cu ilin mayında idman kompleksinin açılışı zamanı etdiyi çıxış əks-təşviqat xarakteri daşıdığı sübut edilmişdir. Prezident həmin çıxışında köməkçisi olan administrasiya başçısı Dilma Ruseffin xeyirinə ifadələr işlətmişdir. Məhkəmə bu qərara gəlmişdi ki, da Silva əvvəlki ölkə başçısının yarıtmaz siyasətini davam etdirir. "El Pais" qəzetinin yazdığına görə də, Silva öz nitqində Ruseffin xeyirinə bu ifadələri işlətmişdir: "Ümid edirəm ki, xalqın gözü düzgün seçim etməyə zəmin yaradacaq".
Braziliyada seçkiönü kampaniya cari ilin aprelində başlanacaqdır. Məhkəmə bu faktı nəzərə alaraq, ölkə prezidentinin reqlamenti pozduğu qərarını qəbul etmişdir. Beləliklə də, Braziliyanın Ali Seçki Məhkəməsi ölkə prezidentini 2800 dollar məbləğində cərimələmişdir.
Braziliyada prezident seçkiləri oktyabrın 3-də başlayacaqdır. İctimai rəy sorğusunun nəticələrinə görə, da Silvanın rəqibi San-Paulu şəhərinin meri Joze Serra qalib gələcəkdir. Rəyi soruşulanların 35 faizi məhz bu şəxsə səs vermək niyyətindədir. Dilma Ruseff isə ölkə əhalisinin üç faizinin səsinə ümid edə bilər.

Digər xəbərlər