PDF Oxu

Dünya

  • 15

Putin Buşəhr AES-nin işə salınmasını təxirə salıb

Putin Buşəhr AES-nin işə salınmasını təxirə salıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın baş naziri Vladimir Putin İranın Buşəhr şəhərində yerləşən atom-elektrik stansiyasının birinci blokunun işə salınmasını cari ilin yayınadək təxirə salmışdır. İran rəsmiləri isə Rusiyanın AES-i bu ilin martında işə salacağını vəd etdiyini bildirmişlər. Rusiya Buşəhrdəki atom-elektrik stansiyasını, 15 il əvvəl iki ölkə arasında müqavilə imzalandıqdan sonra, 1995-ci ildə inşa etməyə başlamışdı. O zaman stansiyanın dörd ildən sonra işə salınacağı nəzərdə tutulmuşdu. 2009-cu ilin əvvəllərində "Rosatom"un başçısı Sergey Kiriyenko belə bir bəyanat vermişdi ki, stansiya praktik olaraq, hazır vəziyyətdədir. O, vəd edirdi ki, stansiya ilin axırınadək işə salınacaqdır. Rusiya məmurları Rusiya həmkarları ilə stansiya məsələsi ətrafında fikir müxtəlifliyinin olmadığını bildirmişdir.

Digər xəbərlər