PDF Oxu

Dünya

  • 12

NATO qüvvələri Qəndəharda hərbi əməliyyata başlayıb

NATO qüvvələri Qəndəharda hərbi əməliyyata başlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, beynəlxalq koalisiya qüvvələri Əfqanıstan ordusu ilə birlikdə Qəndəhar əyalətində "Taliban" hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamışlar. Əməliyyatın birinci fazasında Qəndəhar şəhəri ətrafındakı yollara və yaşayış məntəqələrinə nəzarət etmə planlaşdırılır.
Əfqanıstanda beynəlxalq qüvvələrin yardımı ilə təhlükəsizliyi təmin etməyi üzərinə götürmüş İSAF generalı Stenli Makkristal əməliyyatın uzun sürəcəyini, onun həftələr, hətta aylar ərzində davam etdiriləcəyini bildirmişdir. Onun dediyinə görə, ABŞ prezidenti Barak Obamanın nəzərdə tutduğu 30 min hərbi qulluqçu tezliklə Əfqanıstana dislokasiya olunaraq, Qəndəharda keçirilən hərbi əməliyyatlarda iştirak edəcəkdir. S.Makkristal Qəndəhardakı hərbi əməliyyatın Hilmənddəki kimi qısa vaxt ərzində yox, tədricən başlayaraq, uzun müddət davam edəcəyini bildirmişdir.
Bu ilin fevralında Əfqanıstanın cənubunda "Birgə" adı altında keçirilən hərbi əməliyyatda 15 min nəfərə yaxın Əfqanıstan və NATO ordu hissələri iştirak etmişdir. Bir neçə gün sonra isə, Hilməndin paytaxtı Marca taliblərdən azad edilmişdir.

Digər xəbərlər