PDF Oxu

Dünya

  • 9

Ukrayna HDQ-sinin yei komandanı təyin edilib

Ukrayna HDQ-sinin yei komandanı təyin edilib
"İnterfaks" informasiya agentliyinin martın 18-də yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç ölkənini hərbi-dəniz qüvvələrinin yeni komandanını müəyyənləşdirmişdir. Bu şəxs vitse-admiral Viktor Maksimov olmuşdur. O, bu postdan istefa vermiş admiral İqor Tenyuxu əvəz etmişdir. Keçmiş admiral istefasının səbəbini əxlaqi-etik dəyərlərlə əlaqələndirmişdir. Məlum olduğu kimi, İ.Tenyux keçmiş prezident Viktor Yuşşenkonun tərəfdarı olmuşdur. Bu admiralın Rusiyanın Qara dəniz donanmasına münasibəti mənfi idi. 2007-ci ilin iyulunda NATO qüvvələri Ukraynanın hərbi-dəniz qüvvələri ilə birgə təlim keçirmək üçün məhz bu admiralın çağırışı ilə Odessa və Nikolayevsk vilayətlərinə gəlmişlər. Vəzifəyə yeni təyin edilmiş V.Maksimov əvvəllər altı il dalbadal hərbi-dəniz qüvvələrinin başçısının birinci müavini işləmişdir. 1997-2003-cü illərdə o, döyüş hazırlığı üzrə komandan müavini vəzifəsini daşımışdır. Bundan əvvəl isə V.Maksimov Qara dəniz donanmasında xidmət etmişdir. Onun zabit karyerası isə Baltikdə başlanmışdır.

Digər xəbərlər