PDF Oxu

Dünya

  • 12

Ramzan Kadırov Doku Umarovun mühafizəçisinin məhv edildiyini bildirib

Ramzan Kadırov Doku Umarovun mühafizəçisinin məhv edildiyini bildirib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi bəyanata görə, terrorçuların tanınmış liderlərindən biri olan Əbu Xaled məhv edilmişdir. Prezidentin dediyinə görə, milliyyətcə ərəb olan Əbu Xaled Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olmuşdur. Onun dediyinə görə, terrorçu Çeçenistana 13 il əvvəl gəlmiş və terrorçu qruplaşmaların texniki və psixoloji hazırlığı ilə məşğul olmuşdur. Ötən 13 il müddətində Əbu Xaled dağlarda gizlənməyə müvəffəq olmuşdur. Agentlik Əbu Xaledin silahlıların lideri olan Doku Umarovun mühafizəçisi olduğunu bildirmişdir. Məlumata görə, o, Rusiya Federal Təhlükəsilik Bürosunun və Xüsusi Xidmət Dəstəsinin orientasiyası ilə tanış idi. Əbu Xaledin martın 17-də Çeçenistanın Vedensk ərazisində öldürüldüyü bildirilir. Güc strukturları martın 17-də bu ərazidə 20 nəfərdən ibarət bandit dəstəsini mühasirəyə almışdır. Atışma nəticəsində terrorçuların altı nəfəri, Kurçaloyev daxili işlər bölməsinin üç əməkdaşı qətlə yetirilmiş, üç milis əməkdaşı isə yaralanmışdır.

Digər xəbərlər