PDF Oxu

Dünya

  • 14

Obamanın elçisi Yaxın Şərq səfərini təxirə salıb

Obamanın elçisi Yaxın Şərq səfərini təxirə salıb
"Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Corc Mitçell İsrailin Şərqi Yerusəlimdə inşa etdiyi tikililərə etiraz əlaməti olaraq İsrailə səfərini təxirə salmışdır. Barak Obama administrasiyası Binyamin Netaniyaqu hökumətinin tikinti planlarından əl çəkməyəcəyi təqdirdə, C.Mitçellin planlaşdırılmış səfərinin gerçəkləşdirilməyəcəyini bildirib.
İsrail hökuməti mart ayından əvvəl Şərqi Yerusəlimin Ramat-Şlomo bölgəsində 1600 yaşayış məskəni inşa etmək haqda qərar qəbul etmişdi. Bu da ərəb və yəhudilər arasında mübahisə predmetinə çevrilmişdir. ABŞ administrasiyası İsrailin bu qərarının İsrail-Fələstin danışıqlarının dinc yolla nizama salınmasına maneçilik törədəcəyini bəyan etmişdir.
Martın 12-də ABŞ-ın dövlət katibi Hillari Klinton B.Netaniyaqu ilə telefon danışığı zamanı tələb etmişdir ki, o, tikinti planlarından imtina etsin və danışıqlar proqramına daha ciddi məsələləri, xüsusən də, Yerusəlimin statusu məsələsini daxil etsin.
ABŞ İsrail-Fələstin danışıqlarında vasitəçi kimi çıxış edir. Fələstin prezidenti Mahmud Abbas 2008-ci ildən sonra yarımçıq qalmış danışıqların bərpa edilməsi üçün İsrail tərəfin Şərqi Yerusəlim və İordan çayının Qərb sahilindəki ərazilərdə planlaşdırdığı tikililərdən imtina edəcəyi təqdirdə baş tutacağını bildirmişdir.
"Frans Press" informasiya agentliyinin məlumatına görə, martın 16-da Yerusəlimin Şərq hissəsində Xurva sinaqoqunun açılmasına etiraz əlaməti olaraq çoxminlli nümayiş keçirilmişdir. Polislə qarşıdurma nəticəsində 8 fələstinşli müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya düşmüşdür. Polis 42 nümayiş iştirakçısını həbs etmişdir.

Digər xəbərlər