PDF Oxu

Dünya

  • 4

Vladimir Putin Belorusun Abxaziya və Cənubi Osetiyanı tanımaması hüququnu qəbul edib

Vladimir Putin Belorusun Abxaziya və Cənubi Osetiyanı tanımaması hüququnu qəbul edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın baş naziri Vladimir Putin Belorus hökumətinin Qərb ölkələri ilə münasibətlərini normallaşdırması naminə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaması hüququnu qəbul etmişdir. V.Putin demişdir ki, Belorusun bu və ya digər respublikanın müstəqillik hüququnu tanıyıb-tanımaması öz suveren hüququdur. Rusiyanın baş naziri heç kəsin Minsk rəhbərliyi qarşısında bu cür tələb qoymadığını da bəyan etmişdir. V.Putin belə hesab edir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin qəbul edilməməsi Belorus və Qərb ölkələrinin münasibətlərinin ləngliyində özünü büruzə verəcəkdir. "Biz həmişə Belorusla Qərb ölkələrinin münasibətlərinin normallaşdırılması lehinə olmuşuq" deyə V.Putin bildirmişdir. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmi surətdə 2008-ci ildə Gürcüstanla baş vermiş qarşıdurmadan sonra tanımışdır. İndiyədək bu respublikaların müstəqilliklərini yalnız Nikaraqua, Venesuela və Naru Respublikası tanımışdır.

Digər xəbərlər