PDF Oxu

Dünya

  • 8

Tayland müxalifəti "hökuməti qana qərq etmək" vədini yerinə yetirib

Tayland müxalifəti "hökuməti qana qərq etmək" vədini yerinə yetirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Taylandda keçirilən etiraz aksiyası iştirakçıları martın 16-da hökumət binasının baş çıxışına vəd etmiş olduqları qanı tökməyə nail olmuşlar. Polis bu aktın törədilməsinin qarşısını almamışdır. Bununla da, 2006-cı ildə hakimiyyətdən salınmış baş nazir Taksin Çinavatın tərəfdarları olan "qırmızıköynəklilər" öz rəmzi qurbanlarını verəcəkləri haqda vədlərini yerinə yetirmişlər. Nümayişçilərin başlıca məqsədləri yeni baş nazirin növbədənkənar seçkilər keçirilməsi haqda tələblərinə əməl etməsidir. Məlum olduğu kimi, yeni baş nazir müxalifətçilərin tələblərini yerinə yetirməkdən imtina etmişdir. Xatırladırıq ki, etiraz nümayişində iştirak edənlər hər bir kəsin 200 millilitr həcmində qan verməsini tövsiyə etmişlər. İlkin məlumata görə, 500 litrə yaxın qan yığılmışdır. Ancaq bu qanın hamısı hökumət binasının çıxış hissəsinə axıdılmamışdır. Qanın qalan hissəsi, nümayişçilərin tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, Taylandın iqtidarda olan Demokratlar Partiyasının mənzil-qərargahının giriş hissəsinə axıdılacaqdır. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bu cür etiraz aksiyasının qeyri-gigienik və qəbuledilməz olduğunu bildirmişlər.

Digər xəbərlər