PDF Oxu

Dünya

  • 6

Sarkozinin partiyası regional seçkilərdə sosialistlərə uduzub

Sarkozinin partiyası regional seçkilərdə sosialistlərə uduzub
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozinin lideri olduğu partiya regional seçkilərin birinci turunda müxalifətçi Sosialist Partiyasına uduzmuşdur. N.Sarkozinin başçılıq etdiyi "Xalq Hərəkatı Uğrunda İttifaq" (UMP) 26,2, sosialistlər isə 29,5 faiz seçici səsi qazanmışdır. Səsvermədə rekord səviyyədə az, 48 faiz seçici iştirak etmişdir. Nəticədə heç bir partiya həlledici səs qazanmamışdır. Növbəti ikinci tur martın 21-nə təyin edilmişdir. "Le Monde" qəzetinin yazdığına görə, sosialistlərin növbəti uğuru birinci turda 12,5 faiz səs qazanmış "Avropa-Ekologiya" hərəkatı ilə danışıqlardan asılı olacaqdır.

Digər xəbərlər