PDF Oxu

Dünya

  • 8

ABŞ-ın səhiyyə islahatı əleyhdarları 40 konqresmen arasında təşviqat üçün 11 milyon dollar xərcləyiblər

ABŞ-ın səhiyyə islahatı əleyhdarları 40 konqresmen arasında təşviqat üçün 11 milyon dollar xərcləyiblər
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ-ın səhiyyə sahəsində islahatların aparılması əleyhinə çıxış edənlər bir ay ərzində 40 nəfər mütərəddid demokrat-konqresmen arasında 11 milyard dollar xərcləmişlər. Ötən il bu qanunvericilərin 27 nəfəri səhiyyə sahəsindəki islahatların lehinə, 13 nəfərin isə əleyhinə səs vermişdir. Nümayəndələr Palatasında yaxınlaşmaqda olan səsvermə zamanı bu konqresmenlərin mövqeləri həlledici ola bilər.
Səsvermənin yaxın istirahət günlərindən birində keçiriləcəyi gözlənilir. İslahatlar əleyhinə çıxanlar koalisiyasına başçılıq edən ABŞ-ın Ticarət Palatası təşviqat aksiyaları üçün vəsait xərcləməkdə davam edir. Ağ Ev və Demokratlar Partiyası ilə sıx əməkdaşlıq edən və indiyədək daha az fəallıq nümayiş etdirən səhiyyə islahatı tərəfdarları koalisiyası isə dərman preparatları kompaniyasının final reklamında sıçrayış yaratmaq üçün 12 milyon dollar ayırmışlar.
Qanunvericilərə başlıca təzyiqi televiziya reklamları göstərməkdədir. Bundan başqa yerlərdən qüvvələrini səfərbər edən ayrı-ayrı vətəndaşlar Vaşinqtondakı seçilmişlərlə poçt və telefon əlaqəsi yaradaraq, məsələ ilə əlaqədar öz mövqelərini bildirirlər. Səhiyyə islahatlarının özünün daxili siyasətinin başlıca prioriteti hesab edən Barak Obama, öz növbəsində, tərəddüd edən partiyadaşları ilə əlaqə yaradaraq, onları qanun layihəsi lehinə səsverməyə çağırır.
İslahatlar layihəsi 31 milyon ABŞ vətəndaşının tibbi sığorta ilə təmin edilməsini nəzərdə tutur. Hazırda məhz bu qədər amerikalı tibbi sığortadan məhrumdur. ABŞ prezidenti 10 il ərzində maliyyə islahatları üçün federal büdcədən bir trilyon dollar ayrılmasını nəzərdə tutmuşdur.

Digər xəbərlər