PDF Oxu

Dünya

  • 6

Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, martın 14-də Yaponiyanın Xansyu adasında maqnituda gücü 6,6 həddində olan güclü zələzlə baş vermişdir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü Tokioda hiss edilmişdir. Zəlzələnin episentri Fukusima prefekturasının şərq sahilində 40 kilometr dərinlikdə olmuşdur. Zəlzələ, qatarların və bir çox nəqliyyat vasitələrinin avtomatik olaraq, dayanmasına səbəb olmuş, ancaq təkanlar başa çatdıqdan sonra qatarların hərəkəti bərpa edilmişdir. "Frans Press"in məlumatına görə, Yaponiya hökuməti, hələlik, sunami təhlükəsi haqda xəbərdarlıq yaymamışdır. Meteoroloqlar isə kiçik dalğaların müşahidə ediləcəyini bildirmişlər. Xatırladırıq ki, martın 13-də Xonsyunun şərq sahilində maqnituda gücü 5,8 həddində olan zəlzələ baş vermişdir. Zəlzələnin episentri İvaki şəhərinin şimali-şərq hissəsinin 71-ci kilometrliyində 70 kilometr dərinlikdə olmuşdur.

Digər xəbərlər