PDF Oxu

Dünya

  • 13

İsrail ordusu Qərb sahilini müvəqqəti blokadaya alıb

İsrail ordusu Qərb sahilini müvəqqəti blokadaya alıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 12-nə keçən gecə İsrailin silahlı qüvvələri İordan çayının Qərb sahilində yerləşən Fələstin ərazisini blokadaya almışlar.
48 saat davam edəcək blokada martın 14-nə keçən gecə ləğv ediləcəkdir. Agentliyin məlumatına görə, blokada haqda qərarı "təhlükəsizlik dairəsində vəziyyətə qiymət verən" İsrailin müdafiə naziri Ehud Barak qəbul etmişdir. Blokada rejiminin davam edəcəyi vaxt ərzində Qərb sahilinin əhalisinə İsrail ərazisinə keçmək qadağan edilmişdir.
Martın 5-də Yerusəlimin mərkəzində müsəlman ziyarətçiləri ilə İsrail polisi arasında toqquşma baş vermiş, nəticədə, beş nəfər bədən xəsarəti almışdı. Bundan sonra, İsrailin hakim dairələri Məbəd dağındakı məscidə yalnız 50 yaşdan yuxarı kişi və qadın müsəlmanları buraxır.
"Assoşieyted Press"in məlumatına görə, martın 12-nə keçən gecə İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsinin cənubunda yerləşən iki hədəfə raket zərbələri endirmişdir. İsrail ordusu komandanlığı raket zərbələrinin martın 11-də Fələstin silahlılarının Nirim yaşayış məntəqəsinə raket atəşi açmalarına cavab olduğunu bildirmişdir. Təsdiq edilməmiş məlumata görə, raket zərbəsi nəticəsində bölgəyə qaçaqmalçı silah daşınması üçün istifadə edilən bir yeraltı tunel və içərisindəki partlayıcı qurğu istehsalı laboratoriyası məhv edilmişdir.

Digər xəbərlər