PDF Oxu

Dünya

  • 11

Rusiya NATO-ya ASQM-in "reanimasiyası" üçün bir sıra təkliflər ünvanlayıb

Rusiya NATO-ya ASQM-in "reanimasiyası" üçün bir sıra təkliflər ünvanlayıb
"İTAR TASS" informasiya agentliyinin Brüsselin diplomatik mənbələrinə əsaslanaraq, yaydığı məlumata görə, Rusiya NATO rəhbərliyinə Adi Silahlı Qüvvələr haqqında Müqavilə (ASQM) ətrafında yaranmaqda olan bloklaşmanın aradan qaldırılması üçün təkliflər paketi ünvanlamışdır. Təklif birbaşa Şimal Atlantika Alyansının baş katibi Anders Foq Rasmussenin ünvanına göndərilmişdir. Agentlik belə hesab edir ki, bu müraciət NATO rəhbərliyinə Rusiyanın mövqeyini daha aydın surətdə dərk etməyə imkan verəcək və alyans ASQM-lə dialoqu bərpa edəcəkdir. Rusiya rəhbərliyinin başlıca tələbi ölkə daxilində silahlı qüvvələrin yerdəyişməsinə maneçilik törədən "cinah məhdudlaşmaları"nın aradan qaldırılmasıdır. Rusiya həm də tələb edir ki, NATO rəhbərliyi ASQM-in 1999-cu ildə imzalanaraq, adaptasiya edilmiş müqavilə versiyasına təminat versin. İndiyədək bu sənədi 30 dövlət imzalasa da, onu yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Belorus ratifikasiya etmişdir. Rusiya tərəf belə hesab edir ki, ASQM-ə bütün NATO ölkələri qoşulsun. Bu razılaşma, haqqında söhbət gedən müqaviləni heç vaxt imzalamamış Baltikyanı ölkələrə şamil edilmir. Müqavilənin başlıca versiyası 1990-cı ilin 19 noyabrında Parisdə imzalanmışdır. Burada məqsəd NATO və Varşava Müqaviləsi ölkələri arasında adi silahlanma üzrə pariteti təmin etmək idi. Ancaq müqavilə qüvvəyə mindiyi məqamlarda, yəni 1992-ci ildə Varşava Müqaviləsi süqut etmişdi. Bundan sonra, Avropada yeni dövlətlər yaranmış və NATO-nun tərkibi genişlənmişdi. Məhz bu səbəbdən ASQM buradakı gerçəkliklərlə üst-üstə düşmürdü.

Digər xəbərlər