PDF Oxu

Dünya

  • 12

Çilidə 7,2 bal gücündə zəlzələ baş verib

Çilidə 7,2 bal gücündə zəlzələ baş verib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, martın 11-də Çilidə maqnituda gücü 7,2 olan zəlzələ baş vermişdir. Zəlzələnin episentri ölkənin paytaxtı Santyaqonun cənubi-qərb hissəsinin 180-ci kilometrliyində, 12,5 kilometr dərinlikdə olmuşdur. Qurbanlar və dağıntılar haqda məlumat verilmir. Fevralın 27-də Çilidə baş vermiş dağıntılı zəlzələdən sonra, yeraltı təkanların sayı 20-yə çatmışdır. Mütəxəssislərin məlumatına görə, yeraltı təkanların gücü də kifayət qədər təsirli olmuşdur. Çili hökuməti ölkədə üç günlük matəm elan etmişdi. 27 fevral zəlzələsində həlak olanların sayı təxminən 800 min nəfərə çatmışdır. Həmin vaxt çoxsaylı dağıntılara səbəb yeraltı təkanların yaratdığı sunami dalğaları olmuşdur. Ölkə iqtisadiyyatına 30 milyard dollar məbləğində zərər dəymişdi. Çili fövqalədə hallar agentliyinin başçısı Karmen Fernandesin martın 10-da etdiyi rəsmi etirafa görə, onun başçılıq etdiyi təşkilat zəlzələnin nəticələrinin aradan qaldırılmasında operativliyə kifayət qədər riayət edə bilməmişdir. Həmin gün o, istefaya çıxmışdır.

Digər xəbərlər