PDF Oxu

Dünya

  • 13

Nigeriyada dini qarşıdurma zəminində öldürülənlərin sayı beş dəfə azaldılıb

Nigeriyada dini qarşıdurma zəminində öldürülənlərin sayı beş dəfə azaldılıb
"Frans Press" informasiya agentliyinin Nigeriyanın Plato ştatının polis komissarı İkeçukvu Adubaya əsaslanaraq, yaydığı məlumata görə, ştatda dini qarşıdurma zəminində öldürülənlərin sayı beş dəfə azaldılaraq, 109 nəfərə çatdırılmışdır. Bir müddət əvvəl Nigeriya hökuməti ölənlərin sayının 500 nəfərdən az olmadığını bildirmişdi. Polis komissarının məlumatına görə, yaxın günlərdə sui-qəsddə və talanlarda iştirak edən 49 nəfər əleyhinə cinayət işi qaldırılacaqdır. Deyilənə görə, onların hamısı öz hücumlarının qisas almaq zəminində edildiyini etiraf etmişdir. Əvvəllər deyilirdi ki, təhlükəsizlik orqanları hadisə yerində 95 nəfəri həbs etmişdir. Əkinçiliklə məşğul olan üç xristian kəndinin Berom adlı azsaylı millət nümayəndələrinə qarşı hücum martın 7-də baş vermişdir. Odlu və soyuq silahlarla silahlanmış onlarla gənc kəndlərə hücum edərək, qabaqlarına keçənləri məhv etməyə başlamışdılar. Hücum edənlər müsəlman Fulbe xalqı nümayəndələri olmuşdur. 150 milyon əhalisi olan Nigeriyanın şimal hissəsində islam, cənub hissəsində isə xristian dinləri hökm sürməkdədir. Berom və Fulbe xalqları arasında qarşıdurma tez-tez baş verir. Bəzi hallarda bu hal kütləvi xarakter daşıyır. 2010-cu ilin yanvarında qarşıdurma nəticəsində 460 nəfərədək adam qətlə yetirilmişdir. Yalnız son il ərzində Cos şəhərində baş vermiş qarşıdurma zamanı bir neçə min adam həlak olmuşdur.

Digər xəbərlər