PDF Oxu

Dünya

  • 13

Pakistanda 12 silahlı məhv edilib

Pakistanda 12 silahlı məhv edilib
"Frans Press" informasiya agentliyinin martın 11-də yaydığı məlumata görə, ABŞ-ın hərbi-hava qüvvələrinə məxsus pilotsuz qırıcı təyyarələrin endirdiyi raket zərbəsi nəticəsində Pakistanda 12 silahlı məhv edilmişdir. Pakistanın xüsusi xidmət orqanı əməkdaşları faktın doğruluğunu təsdiq etmişlər. İlk raket zərbəsi Şimali Vəziristan əyalətinin paytaxtı Miranşah şəhərinin 50 kilometrliyində silahlıların qurduqları gizli sığıncağa yerli vaxtla saat 20 radələrində endirilmişdir. Nəticədə, 8 silahlı məhv edilmişdir. Bir müddət sonra hadisə yerinə gəlmiş silahlılar ölənlərin cəsədlərini götürmək istərkən, pilotsuz təyyarələr ikinci raket zərbəsini endirmişlər. Nəticədə, 4 silahlı məhv edilmişdir. ABŞ-ın hərbi-hava qüvvələri Pakistan-Əfqanıstan sərhəd zonasında mövqe tutmuş silahlılara, mütəmadi olaraq, raket zərbəsi endirməkdədir. 2009-cu ilin avqustunda bu cür raket zərbəsi nəticəsində "Taliban" hərəkatının Pakistan özəyinin lideri Beytulla Məhsud qətlə yetirilmişdi. Ancaq çox vaxt həlak olanlar siyahısına çoxsaylı dinc əhali də düşür. Buna görə də, Pakistan hökuməti dəfələrlə ABŞ hərbi-hava qüvvələrinin bombardman əməliyyatını kəskin tənqid atəşinə tutmuşdur.

Digər xəbərlər