PDF Oxu

Dünya

  • 10

Yuşşenko prezidentlik müddəti üçün “iki” qiyməti alıb

Yuşşenko prezidentlik müddəti üçün “iki” qiyməti alıb
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, keçmiş Ukrayna prezidenti Viktor Yuşşenko prezidentlik postunda fəaliyyət dövrünü xarakterizə edən beşballıq şkala üzrə iki qiyməti almışdır. Agentlik bu məlumatı Razumkov Sosioloji Xidmət Mərkəzinin dərc olunmuş məruzəsindən götürmüşdür.
Respondentlərə V.Yuşşenkonun işinin nəticələrini məlum şkala üzrə bir balla "çox pis", beş balla isə "çox yaxşı" kimi xarakterizə etmək təklif edilmişdir. Aparılmış təhqiqatların nəticələrinə görə, V.Yuşşenkonun qazandığı orta bal 2,17 olmuşdur.
Rəyi soruşulan respondentlərin 42 faizi V.Yuşşenkonun fəal ictimai fəaliyyətdən uzaqlaşmasını, 21 faizi isə fəaliyyətini davam etdirməsini təklif edirdi. Respondentlərin 12 faizi V.Yuşşenkonun siyasi fəaliyyətlə məşğul olmasını dəstəkləyir, 11 faizi isə onu məhbuslar kürsüsündə görmək istədiyini bildirirdi.
Təhqiqatlar cari ilin 26 fevral və 2 mart tarixləri arasında aparılmışdır. Rəy sorğusu yaşı 18 və daha yuxarı olan 2010 respondent arasında keçirilmişdir.
Viktor Yanukoviçin inauqurasiya mərasimindən sonra V.Yanukoviç aktiv siyasi fəaliyyətə qayıtdığını bəyan etmişdir. "Rosbalt"ın məlumatına görə, keçmiş Ukrayna prezidenti ictimai işlə məşğul olmağa hazırlaşır.

Digər xəbərlər