PDF Oxu

Dünya

  • 8

İsrail Şərqi Yerusəlim tikintisinin genişləndirilməsi planını təsdiq edib

İsrail Şərqi Yerusəlim tikintisinin genişləndirilməsi planını təsdiq edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin Daxili İşlər Nazirliyi Şərqi Yerusəlimdə 1600 evin tikilməsi planını təsdiq etmişdir. "Haaretz" qəzetinin yazdığına görə, Şərqi Yerusəlimin Ramat-Şlomo bölgəsində tikiləcək evlərin 30 faizində gənc yəhudi ailələri yaşayacaqdır. Hazırda Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden İsrail DİN-in bu qərarını kəskin surətdə tənqid etmişdir. Onun fikrincə, İsrail tərəfinin bu qərarı yaxın vaxtlarda tənzimlənməsi gözlənilən sülh danışıqlarını mürəkkəbləşdirə bilər. Xatırladırıq ki, İsraillə Fələstin arasındakı sülh danışıqları 2008-ci ilin axırlarında yarımçıq dayandırılmışdır. 2009-cu ilin mart ayının əvvəllərində Fələstin administrasiyası danışıqların ABŞ-ın vasitəçiliyi ilə davam etdirilməsinə razılıq vermişdir. Fələstin prezidenti Mahmud Abbas İsrailin Şərqi Yerusəlimdə və İordan çayının Qərb sahilində nəzərdə tutulan tikintini dayandırmayacağı təqdirdə, danışıqların bərpasının mümkünlüyünü istisna edir. M.Abbasın köməkçisi Nabil Əbu-Rudeyninin dediyinə görə, birbaşa danışıqlar ancaq bundan sonra başlana bilər. M.Abbas Ərəb Dövlətləri Liqasının başçısı ilə telefon danışığında İsrailin təxribatı gücləndirməsi əleyhinə ciddi tədbirlər görülməsini tələb etmişdir.

Digər xəbərlər