PDF Oxu

Dünya

  • 11

ABŞ vətəndaşı Avropada terror aktının təşkilində ittiham edilir

ABŞ vətəndaşı Avropada terror aktının təşkilində ittiham edilir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Pensilvaniya ştatının vətəndaşı Avropa və Cənubi Asiya ərazisində terror aktlarının təşkili və iştirakında ittiham edilmişdir. ABŞ Ədliyyə Nazirliyinin çıxardığı ittiham aktında deyilir ki, 2009-cu ilin oktyabrında həbs edilmiş Kollin Larouz terror aktlarının həyata keçirilməsi məqsədilə kamikadzelər hazırlamaqda ittiham edilir. Özü də qadın olan K.Larouz internet vasitəsilə terrorçuluğa meyilli qadınlarla maraqlanmışdır. İttiham aktına görə, bu qadın dəfələrlə Avropa ölkələrinə səyahətlər etmişdir. "Assoşieyted Press"in məlumatına görə, vaxtilə təyyarə ilə Avropaya uçan K.Larouz terrorçuların sifarişi ilə bir İsveç vətəndaşını öldürməli idi. Bu haqda səhih məlumat verilmir. Öldürüləcək adamın adı çəkilməsə də, kütləvi informasiya vasitələri həmin şəxsin Larse Vilkse olduğunu güman edirlər. Həmin şəxs müsəlman peyğəmbərinin karikaturasını çəkmişdi. Bir müddət əvvəl bu şəxsi öldürməyə cəhd edən 7 nəfər müsəlmanın İrlandiyada həbs edilməsi haqda məlumat verilmişdi. K.Larouzun bu qətldə iştirak etməsi haqda məlumat verilməsə də, məlum olan odur ki, onun "Cihadi Ceyn" və "Fatima Larouz" terrorçu qruplarında dərin hörməti olmuşdur. Terrorçu qadın haqda yeganə məlumat onun 1963-cü ildə doğulduğu və Pensilvaniya ştatında yaşamasıdır. Günahının sübut ediləcəyi təqdirdə, K.Larouzu ömürlük həbs cəzası gözləyir.

Digər xəbərlər