PDF Oxu

Dünya

  • 12

Bədnam "erməni soyqırımı" məsələsi ABŞ və Türkiyənin münasibətlərini kəskinləşdirib

Bədnam "erməni soyqırımı" məsələsi ABŞ və Türkiyənin münasibətlərini kəskinləşdirib
"Kommersant" qəzetinin martın 9-da yazdığına görə, ötən həftənin axırlarında ABŞ Konqresinin Beynəlxalq Məsələlər üzrə Komitəsi XX əsrin əvvəllərində Türkiyə hökumətinin ermənilərə qarşı soyqırımı törətməsi aktını qəbul edən əsasnamə layihəsi qəbul etmişdir.
Bu sənədin yaxın günlərdə Nümayəndələr Palatasının yığıncağında müzakirə ediləcəyi gözlənilir. Bu hadisədən dərhal sonra Türkiyə Vaşinqtondakı səfirini məsləhətləşmək üçün geri çağırmışdır. ABŞ Administrasiyası Türkiyə tərəfini inandırır ki, məsələnin Konqres səsverməsi səviyyəsinə qaldırılmasına maneçilik törədəcəkdir.
Qanun layihəsi müzakirə edilməmişdən əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton beynəlxalq məsələlər üzrə komitə başçısı Qovard Bermandan xahiş etmişdir ki, sənədi baxılmaq üçün Konqresə ünvanlamasın. "Prezident Obama da, mən də onu inandırırıq ki, bu sahədə atılan hər bir addım səhvdir və biz onu dəstəkləmirik" deyə H.Klinton bildirmişdir. Q.Berman isə ona qulaq asmamış və "erməni soyqırımı"nın tanınmasını ABŞ-ın əxlaqi borcu olduğunu bildirmişdir.
Məsələyə Ankaranın münasibəti gözlənilən olmuşdur. Bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyi xüsusi bəyanat yaymışdır. Bəyanatda deyilir: "Yaxşı bilirik ki, komitə üzvləri qəbul edilmiş əsasnamə layihəsinin Türkiyə və ABŞ arasında, eləcə də, Cənubi Qafqazda sülhün və sabitliyin bərpasına təminat verməməsini bilməmiş deyillər."
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ konqresmenlərinin bu qərarını məzhəkə kimi xarakterizə etmişdir. Xatırladırıq ki, qərarın qəbul edilməsinə komitənin müsəlman konqresmenin bir səsi təsir etmişdir.
ABŞ-da "erməni soyqırımı" məsələsinə dəfələrlə baxılmışdır. 1974 və 1985-ci illərdə Konqres belə bir əsasnamə layihəsini qəbul etmişdi. Ancaq layihənin sonrakı taleyi ermənilərin kədərlənməsinə səbəb olmuşdu. 2007-ci ildə də Konqresin Beynəlxalq Məsələlər üzrə Komitəsi müvafiq əsasnamə layihəsini qəbul etmişdi. O vaxt Ankara ABŞ-dakı səfirini geri çağırmış və prezident Corc Buş konqresmenlərin səsvermə prosesini dayandırmışdır. Hazırda məsələ onunla mürəkkəbləşir ki, prezident Barak Obama öz seçkiönü kampaniyasında "erməni soyqırımı" məsələsini tanıyacağını vəd etmişdi. B.Obama bu vədinin yerinə yetirilməsi üçün aprelin 24-də "erməni soyqırımı"nı tanıması haqda bəyanat verməlidir.

Digər xəbərlər