PDF Oxu

Dünya

  • 15

Milibend İraq müharibəsində faydalı cəhət üzə çıxarıb

Milibend İraq müharibəsində faydalı cəhət üzə çıxarıb
"Dailu Teleqraf" qəzeti yazır ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend təmsilçisi olduğu ölkənin İraq ərazisinə hücumundan sonra, bir çox ərəb ölkələri Londonla həvəslə işlədiklərini bildirmişdir. Nazirin dediyinə görə, nazirlik İraq müharibəsi haqqında təhqiqat işi aparan komissiya bu faktı təsdiq etmişdir. D.Milibend bir çoxlarının Londonu bu müharibədən çəkindirmək istədiklərini bildirsə də, bu müharibədə təmsilçisi olduğu ölkənin udduğunu bildirmişdir. Nazir qeyd etmişdir ki, müharibə regionundakı ölkələrə belə bir siqnal çatmışdır ki, Böyük Britaniyanın sözü ilə əməlləri üst-üstə düşmür. D.Milibend belə hesab edir ki, hazırda bir çox İraq vətəndaşları Böyük Britaniyanı onları Səddam Hüseyn tirançılığından xilas edən bir ölkə kimi tanıyır.D.Milibend Böyük Britaniyanın Nazirlər Kabinetinin tərkibinə 2005-ci ildə, yəni koalisiya qüvvələrinin İraqa hücumundan sonra daxil edilmişdir.

Digər xəbərlər