PDF Oxu

Dünya

  • 5

Almaniyanın keçmiş müdafiə naziri Rusiyanın NATO-ya qəbul edilməsini təklif edib

Almaniyanın keçmiş müdafiə naziri Rusiyanın NATO-ya qəbul edilməsini təklif edib
"Şpigel" qəzetinin yazdığına görə, Almaniyanın keçmiş müdafiə naziri Folker Ryue Asiya dövlətlərinin geostrateji, iqtisadi, siyasi və hərbi balansını təmin etmək üçün Rusiyanın NATO sıralarına qəbul edilməsini təklif etmişdir.
F.Ryue NATO-nun keçmiş hərbi komitəsinin sədri general Klaus Nauman, keçmişdə nüfuzlu diplomat kimi tanınmış Frank Elbe və AFR Müdafiə Nazirliyinin keçmiş planlaşdırma işləri üzrə qərargah rəisi Ulrix Veyserlə birgə yazaraq, "Şpigel"də dərc etdirdiyi məqalədə qeyd etmişdir ki, hazırkı Şimali Atlantika Alyansı qarşıya qoyulan məsələni həll etməyə qadir deyildir. Müəlliflər belə hesab edirlər ki, müasir NATO üç strateji hakimiyyət mərkəzini birləşdirməlidir: Şimali Amerika, Avropa və Rusiya. Onların fikrincə, NATO-da genişmiqyaslı bərpa işləri aparılmalı və blokun qapıları Rusiyanın üzərinə açılmalıdır.
F.Ryue 1989-1992-ci illərdə Almaniyanın sağ mərkəzçi Xristian Demokratik Birliyinin baş katibi olmuşdur. 1992-1998-ci illərdə o, Helmut Kol hakimiyyətində müdafiə naziri postu tutmuşdur.

Digər xəbərlər