PDF Oxu

Dünya

  • 11

Krakov Lukaşenkonu persona non-qrata elan edib

Krakov Lukaşenkonu persona non-qrata elan edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Krakov şəhər şurasının deputatları Belorus prezidenti Aleksandr Lukaşenkonu persona non-qrata elan etmişlər. 20 gün əvvəl fevralın 17-də Belorus prezidenti A.Lukaşenkoya persona non-qrata statusunu verməyi şəhər şurasının müstəqil deputatı Dariuş Olşkova təklif etmişdi. Həmkarları onun bu təşəbbüsünü dəstəkləsələr də, səsvermə iki həftədən sonra baş tutmuşdu. "Yaxşı başa düşürük ki, bizim qəbul etdiyimiz əsasnamə problemin həlli demək deyildir. Ancaq bununla yanaşı, göstərmək istəyirik ki, Belorusda yaşayan polyakları unutmur" deyə D.Olşkova bildirmişdir. Krakovun şəhər şurasındakı müzakirədən sonra, Polşa Seymi fevralın 16-da "bir qrup Belorus məmurunun" persona non-qrata edilməsi haqda bəyanat vermişdir. Ancaq verilən bəyantda haqqında söhbət gedən məmurların adları çəkilmir. Bununla da, Polşanın hakimiyyət dairələri Belorusda yaradılmış tanınmamış Belorus Polyakları Şurasını (BPŞ) dəstəklədiklərini ifadə etmişlər. Polşanın hakimiyyət dairələri Belorus hökumətini ölkə daxilindəki Polşa icmasının hüquqlarını pozmaqda dəfələrlə ittiham etmişlər. Cari ilin 9 fevralında, hətta Polşanın Minskdəki səfiri geri çağırılmışdı. Ancaq iki gün sonra o, yenidən iş başına qaytarılmışdı.

Digər xəbərlər