PDF Oxu

Dünya

  • 11

Çili hökuməti zəlzələ qurbanlarını saymaqda çətinlik çəkir

Çili hökuməti zəlzələ qurbanlarını saymaqda çətinlik çəkir
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Çilinin hakimiyyət dairələri fevralın 27-də Çilidə baş vermiş zəlzələdən zərər çəkənlərin sayını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Martın 4-də Çili hökuməti zəlzələ qurbanlarının sayının 802 nəfərə çatdığını bildirirdilər. Bir neçə saat sonra isə, onlar ölənlərin sayını 4 dəfə azaldaraq, 279 nəfərə endirmişlər.
Martın 5-də agentliyin yaydığı məlumata görə, hakimiyyət dairələri tanınmış qurbanların sayının 279 nəfər olduğunu bildirmiş, ölənlərin isə kifayət qədər çox olduğunu vurğulamışlar. Agentlik belə hesab edir ki, qurbanların sayı yenidən müəyyənləşdirilməlidir. Çilinin Daxili İşlər Nazirliyində isə agentliyə bildirmişlər ki, itkin düşənlər siyahısında olanların bir çoxu qayıtdığından, qarmaqarışıqlıq yaranmışdır.
Çili ictimaiyyət hakimiyyət dairələrinin məsuliyyətsizliklərindən narahatlıq ifadə etmişdir. Xatırladırıq ki, Çilidə baş vermiş zəlzələnin maqnituda gücü 8,8 bal həddində olmuşdur. Zəlzələ sahil rayonlarında sunami təhlükəsi törətmişdir.
Martın 5-də Çili prezidenti Mişel Baçelet təbii fəlakətin törətdiyi dağıntı ilə əlaqədar üç günlük matəm elan etmişdir.

Digər xəbərlər