PDF Oxu

Dünya

  • 11

Müxalifət heç vaxt birləşə bilməz

Müxalifət heç vaxt birləşə bilməz
Son zamanlar müxalifətçi bəylərin bir neçəsi birləşərək, Müsavat başqanı İsa Qəmbərova qarşı çıxışlar edirlər. Bu düşmənçiliyin təməl daşını İsa Qəmbərov özü qoyub.
Belə ki, "MBH" lideri Lalə Hacıyevanı "KKB" agenti, AXCP (i) sədri Əli Kərimovu müxalifətin üz qarası, ALP-nin sədr əvəzi Əvəz Temirxanı yalançı adlandıran Müsavat başqanı özünə qarşı düşmən cəbhəsi yaratmış oldu. Adlarını çəkdiyimiz partiya rəhbərləri onsuz da uzun müddətdir ki, bir-birlərinə nifrət bəsləyirlər. Sadəcə, məqam lazım idi ki, onlar bu nifrəti və kini düşmənçiliyə çevirsinlər. Belə bir məqamı isə İsa Qəmbərov özü yaratdı.
Bu hadisələrin seçki öncəsi ərəfəyə təsadüf etməsi gözlənilirdi. Ona görə ki, nə zaman müxalifət düşərgəsində birləşmək ideyası ortaya çıxırsa, həmin vaxt müxalifətçi "bəy"lərin bir-birlərinə qarşı düşmənçilik etmək sevdası alovlanır. "Azadlıq" blokunun da vəziyyəti gərgin olaraq qalır. Bu blok daxilində təmsil olan partiya rəhbərləri bir-birlərini dəhşətli şəkildə ittiham edirlər. Bu ittihamlar isə son da "Azadlıq" blokunu gülünc vəziyyətinə saldı. İndi isə blok daxilindəki partiyalar bu blokun məhv olmasına çalışırlar. Ümumiyyətlə, müxalifət düşərgəsində yaratmaq yox, dağıtmaq ideyası güclüdür və onlar hər zaman bu ideya üzərində çalışırlar.
Seçki öncəsi bir məsələni də qeyd etmək lazımdır ki, bütün seçkilərdən öncə olduğu kimi parlament seçkisindən öncədə bəzi müxalifət partiyası rəhbərləri Azərbaycanı sevməyən təşkilatlardan, insanlardan qrantlar alaraq ölkədə iğtişaşlar yaratmaq üçün cəhdlər göstərəcəklər. Amma onlar unutmasınlar ki, Azərbaycanda vətənini, xalqını sevən iqtidar fəaliyyət göstərir və bütün iğtişaşların qarşısı alınacaq.
Sonda isə, onu qeyd etmək lazımdır ki, müxalifətçilər istər birləşib, istərsə də birləşmədən seçkilərə qatılsalar da- qatılmasalar da xalqımız, hər zaman olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyasını (YAP) dəstəkləyəcək. YAP, bütün seçkilərdə olduğu kimi, bu ilki parlament seçkilərində də xalqın istəyi və sevgisi ilə qələbə qazanacaq. Çünki YAP xalqına, millətinə , vətəninə xidmət edib, edir və edəcək.

Digər xəbərlər