PDF Oxu

Dünya

  • 17

Obama Konqresə təklif edib ki, qısa müddət ərzində səhiyyə sahəsindəki islahatları təsdiq etsin

Obama Konqresə təklif edib ki, qısa müddət ərzində səhiyyə sahəsindəki islahatları təsdiq etsin
"USA Today" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama Konqresdən xahiş etmişdir ki, yaxın bir neçə həftə ərzində səhiyyə islahatları haqqında qanun layihəsinin son versiyasını təsdiq etsin. Layihənin ilkin versiyası 2009-cu ilin axırlarında Konqresin hər iki palatası tərəfindən təsdiq edilmişdi. Sənəd Nümayəndələr Palatasında noyabrda, Senatda isə dekabrda təsdiq edilmişdir. Səhiyyə sahəsində islahatların aparılması B.Obamanın daxili siyasətinin mahiyyətini təşkil edir. Bu layihənin gerçəkləşəcəyi təqdirdə, tibbi sığortası olmayan 31 milyonadək amerikalı onun nəticələrindən yararlana biləcəklər. B.Obama 950 milyon dollar dəyərində olan islahatlar layihəsinin 10 il ərzində gerçəkləşəcəyinə ümid edir. Prezident əmindir ki, ABŞ-ın federal qanunvericiləri bu qanun layihəsini Pasxa tətillərinədək imzalayacaqlar. Ancaq senator və konqresmenlər islahatlar layihəsini təsdiq edəcəklərinə şübhə ilə yanaşırlar. Layihənin ilkin versiyasını Nümayəndələr Palatası 220 səs lehinə, 215 səs əleyhinə, Senat isə 60 səs lehinə, 39 səs əleyhinə olmaqla təsdiq etmişdir. O vaxtdan etibarən Nümayəndələr Palatasının iki islahat tərəfdarı istefaya çıxmış, bir nəfəri isə vəfat etmişdir. Senatda isə artıq demokratların 60 səs çoxluğu ilə "superəksəriyyət" təşkil etməsi keçmişdə qalmışdır. İndi məsələni səsverməyə yeni qayda əsasında çıxarmaq istəyirlər. Layihənin təsdiq edilməsi üçün sadə səs çoxluğu kifayət edəcəkdir. Ancaq bu sahədə respublikaçıların imkanları daha genişdir.

Digər xəbərlər