PDF Oxu

Dünya

  • 6

Uqo Çaves terrorçularla əlaqəsini İspaniyaya izah etməyib

Uqo Çaves terrorçularla əlaqəsini İspaniyaya izah etməyib
"El Universal" Venesuela qəzetinin yazdığına görə, ölkə prezidenti Uqo Çaves İspaniya Məhkəməsinin ona qarşı irəli sürdüyü terrorçuluğa yardım ittihamını rədd etmişdir. İspaniya məhkəməsi Venesuela prezidenti U.Çavesi ETA Bask qruplaşmasına və Kolumbiya İnqilabi Silahlı Qüvvələrinə (KİSQ) dəstək verməkdə ittiham etmişdir. U.Çaves İspaniyanın baş naziri Xose Luis Rodriges Sapateroya "müraciət edərək" İspaniyaya izah etmək üçün sözünün olmadığını bildirmişdir. Bir müddət əvvəl İspaniyanın baş naziri Uqo Çavesi radikal qruplaşmalarla əlaqədə ittiham etmişdi. U.Çaves İspaniya hökumətini təmsilçisi olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağı tələb etmişdi: "Mən Sapateroya heç nə izah etmək istəmirəm. İstəyirsinizsə, özünüzün məsuliyyətsiz məhkəmənizdən nəyisə tələb etməkdə davam edin. Mənim deməyə heç bir sözüm yoxdur". İspaniya Milli Məhkəməsinin hakimi Eloy Velaskonun 1 martda irəli sürdüyü ittiham 7 ETA üzvünün KİSQ ilə cinayət əlaqəsinə girərək, Kolumbiya prezidenti Alvaro Uribeni İspaniyaya səfəri zamanı aradan götürməklə əlaqədar olmuşdur. Sui-qəsdin başlıca iştirakçılarından biri ETA-nın tanınmış nümayəndəsi və 2005-ci ildə Venesuelanın Kənd Təsərrüfatı Nazirliyi və Torpaq İşləri departamentlərindən birinə başçılıq etmiş Arturo Fontana olmuşdur. İspaniya Məhkəməsi Venesuela hökumətini məhz bu səbəbdən ittiham etmişdir.

Digər xəbərlər