PDF Oxu

Dünya

  • 7

Çin orduya 78 milyard dollar xərcləyəcək

Çin orduya 78 milyard dollar xərcləyəcək
"Frans Press" informasiya agentliyinin martın 4-də Ümumçin Xalq Nümayəndələri Məclisinin nümayəndəsi Li Çjaosinə əsaslanaraq, yaydığı məlumata görə, 2010-cu ildə Çin hökuməti hərbi büdcəyə 532,1 milyard yuan (78 milyard dollar) ayıracaqdır. Ordunun ehtiyaclarına isə, ötən illə müqayisədə, 7,5 faiz maliyyə vəsaiti ayrılacaqdır. Bu, son bir neçə il ərzində Çində hərbi büdcəyə ayrılmış cüzi vəsaitdir.
Li Çjaosin qeyd etmişdir ki, əlavə vəsaitin əksəriyyəti ordunun modernləşməsinə və Çin əsgərinin xidmət şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir. Onun dediyinə görə, hökumət ölkə daxilində və qonşularla münasibətdə davamlı sülhə və dincliyə arxalanır. Onun fikrincə, ordunun başlıca vəzifəsi Çinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasıdır.
Ümumçin Xalq Nümayəndələri Məclisi hər il öz sessiyasını keçirir. Bu il keçirilən sessiyanın nəticələri qısa müddət ərzində elan ediləcəkdir. Hazırda Çin ordusunda 2,3 milyon hərbi qulluqçu xidmət edir. Son bir neçə il ərzində orduya çəkilən xərclərin artırılması bir çox ölkələrin narazılığına səbəb olmuşdur.
Çin 2009-cu ildə ordunun ehtiyacı üçün 70 milyard dollar sərf etmişdir.

Digər xəbərlər