PDF Oxu

Dünya

  • 10

Bakı Uşaq Teatrı Ankara Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Bakı Uşaq Teatrı Ankara Beynəlxalq Teatr Festivalında iştirak edəcək
Bakı Uşaq Teatrı bu il martın 27-dən aprelin 4-dək davam edəcək Ankara Beynəlxalq Teatr Festivalının iştirakçıları sırasında olacaqdır. Festivalda Türkiyənin və xarici ölkələrin 20 uşaq teatrı iştirak edəcəkdir. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirmişlər ki, teatrın yaradıcı kollektivi festivalda O.Henrinin "Allahın bəlası" tamaşasını oynayacaqdır. Tamaşa 2 variantda hazırlanmaqla, qapalı məkanda və meydanda oynanılmaq üçün nəzərdə tutulmuşdur. Klassik üslubda və eksperimental variantda işlənmiş tamaşaların quruluşçu rejissorları İlhamə Əhmədova (klassik variant) və İntiqam Soltandır (eksperimental - meydan variantı).

Digər xəbərlər