PDF Oxu

Dünya

  • 10

Yanukoviç avropalılara öz planlarından danışıb

Yanukoviç avropalılara öz planlarından danışıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 1-də Brüsselə rəsmi səfər edən Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyi rəhbərləri ilə görüşündə özünün xarici siyasət planlarının məğzini şərh etmişdir.
O, Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozu ilə keçirdiyi birgə mətbuat konfransında demişdir ki, Ukraynanın Avropaya interasiyası "dönməz prioritet" olaraq qalacaqdır. V.Yanukoviçin dediyinə görə, o, 2010-cu ilin axırlarınadək Barrozu ilə Ukraynanın Avropa Birliyinə assosiasiya etməsi üçün sənəd imzalayacaqdır. Xatırladırıq ki, Viktor Yuşşenko bu sənədi imzalamağa nail olmamışdır.
V.Yanukoviç belə hesab edir ki, sənədin imzalanması Ukrayna ilə Avropa Birliyinin iqtisadi-ticari, sosial-siyasi əlaqələrinin möhkəmlənməsinə zəmin yaradacaqdır. V.Yanukoviç təmsilçisi olduğu ölkənin NATO ilə əlaqələri mövcud dairədə davam etdiriləcək, bu yöndə ortaya çıxa biləcək növbəti məsələlər gələcək danışıqların müzakirə mövzusu olacaqdır. Ukrayna prezidenti, hətta bundan sonra da ölkəsinin bloklara qoşulmamaq statusunu saxlayacağını bildirmişdir.
Ancaq Ukraynanın yeni prezidenti dəfələrlə bəyan etmişdi ki, Ukrayna Avropa strukturlarına doğru inteqrasiya etsə də, heç vaxt NATO blokuna üzv olmayacaqdır. V.Yuşşenko isə Ukraynanın təhlükəsizliyinə yalnız NATO-nun təminat verəcəyini bildirirdi.

Digər xəbərlər