PDF Oxu

Dünya

  • 7

ABŞ Folklend mübahisəsində vasitəçilik etməyəcək

ABŞ Folklend mübahisəsində vasitəçilik etməyəcək
"Frans Press" informasiya agentliyinin martın 2-də yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Argentina prezidenti Kristina Fernandes de Kirşnerin Buenos-Ayreslə London arasında baş vermiş mübahisəli Folklend adalarının statusunun dəqiqləşdirilməsində təmsilçisi olduğu ölkənin vasitəçilik etməyəcəyini bildirmişdir. H.Klinton Vaşinqtonun mübahisəli məsələləri dinc yolla həll etməyin tərəfdarı olduğunu bildirmiş, ancaq ABŞ-ın tərəfləri danışıqlar masası arxasına oturtmağa məcbur etmək istəmədiyini vurğulamışdır.
Agentliyin məlumatına görə, ABŞ öz hərəkəti ilə müttəfiqi Böyük Britaniyaya doğru diplomatik addım atmalı olmuşdur. Bu isə, o deməkdir ki, ABŞ konkret mübahisənin arbitri funksiyasını daşımaq istəmir.
1982-ci ildə Böyük Britaniya və Argentina arasında gedən müharibədə ABŞ Londonun tərəfini saxlamışdır. İndiki mübahisədə isə ABŞ öz neytrallığını qorumağa üstünlük vermişdir. Fevralın 24-də Buenos-Ayres BMT-nin baş katibi Pan Gi Muna müraciət edib, konfliktin həllinə yardımçı olmağı xahiş etmişdir. Pan Gi Mun Argentinanın mübahisəli məsələni sülh yolu ilə həll etməsini müsbət dəyərləndirmiş, ancaq tərəflərə hər hansı bir məsləhət verməyəcəyini bildirmişdir.

Digər xəbərlər