PDF Oxu

Dünya

  • 6

Çilinin zəlzələ baş vermiş ərazilərinə hərbçilər yerləşdiriləcək

Çilinin zəlzələ baş vermiş ərazilərinə hərbçilər yerləşdiriləcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çili prezidenti Mişel Baçelet belə bir bəyanat vermişdir ki, ölkənin zəlzələdən zərər çəkmiş ərazilərində 7 min hərbi qulluqçu yerləşdiriləcəkdir. Prezident belə hesab edir ki, bundan sonra təbii fəlakət rayonlarında talançılıq hallarının qarşısı alınacaq. M.Baçeletin dediyinə görə, artıq 5 min hərbi qulluqçu hadisə yerinə yola düşməkdədir. O demişdir ki, hərbçilər zəlzələdən zərər çəkən şəxslərə kömək etməklə yanaşı, həm də sahilyanı yaşayış məntəqələrini sunami təhlükəsindən qorumağa çalışacaqlar. Bir neçə yüz nəfər hərbi qulluqçu isə, əhalisinin sayına görə, Çilinin ikinci böyük şəhəri hesab olunan Konsepsyona göndəriləcəkdir. Xatırladırıq ki, zəlzələnin episentri məhz bu şəhər yaxınlığında olmuşdur. Fevralın 28-dən Çilinin zəlzələ baş vermiş bölgələrində komendant saatı tətbiq edilmişdir. Başlıca məqsəd hakimiyyət dairələrinin talançılığın qarşısını almaq cəhdidir. 8,8 maqnituda dairəsi olan zəlzələ Çilidə fevralın 27-də səhər baş vermişdir. Martın 1-dək olan rəsmi məlumata görə, təbii fəlakətin qurbanlarının sayı 700 nəfərdən çox olmuşdur. Martın 1-də Konsepsyon şəhərinə yola düşən yüngül mühərrikli təyyarə qəzaya uğramışdır. Təyyarənin bortunda olan 5 xilasedici və bir pilot həlak olmuşdur.

Digər xəbərlər