PDF Oxu

Dünya

  • 13

Çilinin zəlzələ baş vermiş bölgələrində komendant saatı tətbiq edilib

Çilinin zəlzələ baş vermiş bölgələrində komendant saatı tətbiq edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, zəlzələdən sonra Çilinin daha çox dağıntı baş verən bölgələrində komendant saatı tətbiq edilmişdir. Ölkə prezidenti Mişel Baçelet fevralın 28-də bu yöndə müvafiq sərəncam imzalamışdır. Bu addımın atılmasının səbəbi Çilinin Konsepsyon, San-Pedro, Talka və Kuriko şəhərlərində kütləvi talançılığın baş verməsi olmuşdur. Bundan sonra şəhər əhalisinə axşam saat 9-dan səhər saat 6-dək küçələrə çıxmaq qadağan edilmişdir.
Konsepsyon şəhəri daha çox talançılığa məruz qalmışdır. Polis talançılara qarşı susıçrayıdıcı silah və gözyaşardıcı qazlardan istifadə etməli olmuşdur. Talançıların şəhərin mağaza və supermarketlərinə hücumları kütləvi hal almaqdadır. Talançılar öz hərəkətlərinə içməli su və qida məhsullarının çatışmazlığı ilə haqq qazandırırlar. Bundan başqa, talançılar məişət malları da oğurlayırlar.
Konsepsyon meri hakimiyyət dairələrinə belə bir xəbərdarlıq ünvanlamışdır ki, tezliklə əhali ərzaq malları ilə təmin edilməsə, gecə saatlarında təhlükəsizlik məsələlərində problemlər yaranacaq və sosial gərginlik artacaqdır. Çili hökuməti tezliklə zəlzələdən zərər çəkmiş əhaliyə içməli su, qida məhsulları və başqa vacib məhsulları çatdıracağına söz vermişdir. Mağazalardakı qida məhsullarının əhali arasında bölüşdürüləcəyi gözlənilir.
Fevralın 27-də baş vermiş zəlzələdə ölənlərin sayı 700 nəfəri aşmışdır. Təbii fəlakət 500 minə yaxın evə zərər vurmuşdur. İtkin düşənlərin siyahısı saatbasaat artmaqdadır.

Digər xəbərlər