PDF Oxu

Dünya

  • 8

Qəndəharda NATO konvoyu yolunda avtomobil partladılıb

Qəndəharda NATO konvoyu yolunda avtomobil partladılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 1-də Əfqanıstanın Qəndəhar şəhərində NATO konvoyunun yolu üstündə içərisinə partladıcı qurğu bərkidilmiş avtomobil partladılmışdır. Hadisə yerində olan Əfqanıstan mayorunun dediyinə görə, terrorun təşkilatçıları içərisinə partladıcı qurğu bərkidilmiş taksini Qəndəhar şəhərindən aeroporta doğru gedən körpü üstünə çıxarmışlar. Partlayıcı qurğu NATO konvoyu körpü üstündən keçərkən işə salınmışdır. Nəticədə hərbi avtomobillərdən biri dərəyə düşmüşdür. Agentliyin məlumatına görə, terror aktı nəticəsində üç nəfər həlak olmuşdur. Ölənlərin hər üçü içərisinə partlayıcı qurğu bərkidilmiş taksi yaxınlığında olmuşlar. Fevralın 26-da İSAF-ın Əfqanıstanın Hilmend əyalətində keçirdiyi genişmiqyaslı hərbi əməliyyat rəsmən başa çatmışdır. Əməliyyatın məqsədi "Taliban" silahlılarının sığındıqları Mərci şəhəri üzərində nəzarəti ələ keçirmək olmuşdur.

Digər xəbərlər