PDF Oxu

Dünya

  • 7

Timoşenko Ali Radanı iqtisadi islahat keçirməməkdə ittiham edib

Timoşenko Ali Radanı iqtisadi islahat keçirməməkdə ittiham edib
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Ukraynanın baş naziri Yuliya Timoşenko martın 1-də keçirilən Nazirlər Kabinetinin yığıncağında ona iqtisadi islahatlar keçirməkdə Ali Radanın maneçilik törətdiyini bəyan etmişdir. Onun dediyinə görə, hökumət ölkə iqtisadiyyatının modernləşdirilməsinə yönəldilmiş 200-dən artıq qanun layihəsi paketi hazırlamışdır. "Ancaq Ali Radanın törətdiyi təxribat bu layihələrin gerçəkləşdirilməsinin qarşısını almışdır" deyə Y.Timoşenko bildirmişdir. Onun fikrincə, deputatlar ölkənin iqtisadi həyatı üçün olduqca vacib olan qanunları yalnız iqtisadi münasibətlər səbəbindən qəbul etmirlər. Bir müddət əvvəl Regionlar Partiyasının üzvləri Nazirlər Kabinetini dəfələrlə tənqid edirdilər ki, ölkə üçün əhəmiyyətli olan bir çox layihələri gerçəkləşdirə bilmir. Bu proqram müddəaları daxilində ölkənin sabit iqtisadi artımını təmin etmək üçün təcili liberallaşdırılma və modernləşdirilmə yönündə heç bir işin görülməməsi bildirilirdi. Xatırladırıq ki, hazırda Ali Radada deputatların əksəriyyəti Y.Timoşenkonun hökumət postunu tutmasını tələb edir. Ancaq fəaliyyətdə olan koalisiya hələ də parlament çoxluğu təşkil etmir. Yaxın günlərdə Ali Rada hökumətə etimadsızlıq layihəsinə baxmağı planlaşdırır. Analitiklərin ehtimalına görə, Y.Timoşenkonun başçılıq etdiyi Nazirlər Kabinetinin istefaya göndərilməsi imkanı üstünlük təşkil edir.

Digər xəbərlər