PDF Oxu

Dünya

  • 10

Taliblər liderlərinin həbs edilməsi haqda məlumatı təkzib etmişlər

Taliblər liderlərinin həbs edilməsi haqda məlumatı təkzib etmişlər
"Frans Press" informasiya agentliyinin fevralın 24-də yaydığı məlumata görə, "Taliban" hərəkatı rəhbərliyi təşkilatın liderlərindən biri olan Molvi Kəbirin həbs edilməsi haqda məlumatı təkzib etmişdir. Onların islam saytlarından bir neçəsinə yerləşdirdikləri məlumata görə, M.Kəbirin ələ keçməsi haqda xəbərlər real əsasa söykənmir. M.Kəbirin ələ keçməsi haqda məlumat fevralın 21-də yayılmışdı. Kütləvi informasiya vasitələrinin, Pentaqonun yüksək vəzifəli məmuruna əsaslanaraq, yaydıqları məlumata görə, "Taliban" hərəkatı ali şurasının üzvlərindən biri olan M.Kəbir Pakistanın şimali-qərbində aparılan əməliyyatların gedişində həbs edilmişdir. ABŞ hərbçilərinin versiyasına görə, M.Kəbirin yerini bir müddət əvvəl ələ keçmiş molla Abdulla Qəni Bəradər göstərmişdir. Xatırladırıq ki, A.Q.Bəradər "Taliban" hərəkatı ali şurasının rəhbərlərindən biri olmuş və molla Ömərdən sonra təşkilatda ikinci lider hesab edilir. Hazırda Əfqanıstandakı ABŞ və Britaniya qoşunları keçirdikləri birgə genişmiqyaslı hərbi əməliyyatlarda "Taliban" döyüşçülərini Hilmend əyaləti, Marca və Nad Əli şəhərləri ətrafından sıxışıdırıb çıxarmağa nail olmuşlar.

Digər xəbərlər