PDF Oxu

Dünya

  • 7

"HƏMAS" liderinin oğlu İsrail kəşfiyyatına işləyirmiş

"HƏMAS" liderinin oğlu İsrail kəşfiyyatına işləyirmiş
"Haaretz" qəzetinin yazdığına görə, "HƏMAS" lideri Şeyx Hassan Yusefin oğlu Mosab uzun müddət İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) agenti olmuşdur. 2000-ci ilin əvvələrində xristanlığı qəbul etmiş 32 yaşlı Mosab Hassan Yusef Fələstin hökumətinin təqibindən yaxa qurtarmaq üçün 2007-ci ildən etibarən ABŞ-da yaşayır. İkinci İntifada dövründə Mosabın adı İsrailin kəşfiyyat xidmətinin materiallarında "Yaşıl şahzadə" kimi gedirdi. O, bu ad altında ŞABAK-ın yüksək vəzifəli Fələstin məmurlarını həbs etmələrinə kömək etmişdi. Mosab İsrail ərazisində törədiləcək terrorçuluq əməliyyatları haqda da məlumatlar ötürürdü. Bununla da "Yaşıl şahzadə" İsrailin xüsusi xidmət orqanlarını atasına toxunmaqdan çəkindirirdi. Mosab agentə çevrildikdən sonra, ŞABAK-a yalnız məlumatlar ötürməklə kifayətlənmir, həm də onun əməliyyatlarında fəal iştirak edirdi. Bir dəfə o, Ramalla meydanında özünü partlatmağa hazırlaşan bir kamikadzenin ələ keçirilməsinə səbəb olmuşdu. ŞABAK Mosabı 2 il İsrail həbsxanalarında saxladıqdan sonra 1996-cı ildə öz sıralarına qoşmuşdu. Agent İsraillə əməkdaşlıq etməsinin səbəbini "insanların həyatını xilas etmək" istəyi ilə əlaqələndirmişdi. Bunun müqabilində, o, ŞABAK-dan məvacib almırdı. Qəzetə verdiyi müsahibədə, o, İsrail əsgərlərinə qoşulub Gilad Şaliti Fələstin əsirliyindən xilas etməyə hazır olduğunu bildirmişdir. Mosabın İsrail kəşfiyyatına işlədiyi haqda yazılan "HƏMAS" oğlu" kitabı, Ron Brekin də daxil olmaqla, bir neçə müəllifin imzası ilə nəşr edilmişdir.

Digər xəbərlər