PDF Oxu

Dünya

  • 11

Əfqanıstanda ABŞ-ın itkiləri 1000 nəfərə çatıb

Əfqanıstanda ABŞ-ın itkiləri 1000 nəfərə çatıb
Müstəqil "iCasualties.orq." saytının məlumatına görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin apardığı əməliyyatlar nəticəsində ölənlərin sayı 1000 nəfərə çatmışdır. Saytdakı məlumata görə, 2001-ci ildən etibarən ABŞ ordusu ən böyük itkini 2009-cu ildə vermişdi. Həmin vaxt ölənlərin sayı 316 nəfər olmuşdu. 2008-ci ildə 155, 2007-ci ildə isə 117 ABŞ hərbi qulluqçusu öldürülmüşdü. 2010-cu ilin natamam 2 ayı ərzində ABŞ-ın itkiləri 54 nəfərə çatmışdır. Əfqanıstandakı beynəlxalq təhlükəsizlik yardım qüvvələrinin (İSAF) itkilərinin sayı 1657 nəfərə çatmışdır. Koalisiya qüvvələri daxilində həlak olanların sayına görə ikinci yeri Böyük Britaniya tutur. Əfqanıstanda ölən Britaniya hərbi qulluqçularının sayı 264 nəfərdir. 2003-2010-cu illərdə İraqdakı beynəlxalq koalisiya qüvvələrinin itkilərinin sayı 4696 nəfərdir. Onların 4378 nəfəri amerikalılardır. Fevralın 13-də Əfqanıstanın cənubunda "Taliban" hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilmişdir. Əfqanıstan ordusunun köməyi ilə koalisiya qüvvələri Hilmend əyalətinin Marcu şəhərini ələ keçirmişdir. ABŞ-ın Əfqanıstandakı mərkəzi qərargahının komandanı Devid Petreus fevralın 22-də belə bir bəyanat vermişdi ki, ordunun uğurlarına baxmayaraq, Hilmenddə əməliyyatlar ən azı 18 ay davam etdiriləcəkdir. İSAF komandanı Stenli Makkristal isə taliblərə qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatın Qəndəhar əyalətinin cənubunda keçiriləcəyini bildirmişdir.

Digər xəbərlər