PDF Oxu

Dünya

  • 6

AB "HƏMAS" komandirinin Dubayda qətlə yetirilməsini pisləyib

AB "HƏMAS" komandirinin Dubayda qətlə yetirilməsini pisləyib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Avropa Birliyinin xarici işlər nazirləri "HƏMAS" hərəkatının liderlərindən biri olan Mahmud əl-Mabuhun 2010-cu il 19 yanvarda Dubayda qətlə yetirilməsini ittiham etmiş və bu halı "həyəcandoğurucu" hal kimi qiymətləndirmişdir. Nazirlər əl-Mabuhun Avropa Birliyi ölkələrinin saxta pasportlarından istifadə etməklə öldürülməsini də yekdilliklə pisləmişlər. Agentlik qeyd edir ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman fevralın 22-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri ilə bir neçə danışıq apararaq, İsrailin Dubay qətlində əli olmadığını izah etməyə cəhd etmişdir. İnsidentdən dərhal sonra Böyük Britaniya, İrlandiya, Fransa və Almaniyanın diplomatik nümayəndələri videokamera müşahidələrini gözdən keçirərək, İsrail nümayəndələrindən izahat tələb etmişlər. İsrailin rəsmi dairələri isə həmin əməliyyatda iştirakını təkzib etməkdədir. Dubayın polis rəisi Dahi Halfan Tamim isə qətli İsrailin "Mossad" kəşfiyyat xidmətinin törətdiyinə yüz faiz əminlik ifadə etmişdir. Qəzza bölgəsinə silah qoyuluşu ilə məşğul olan əl-Mabuhun ölümünün ilk günlərində onun xərçəng və ya ürək tutmalarından öldüyü bildirilirdi. İstintaq materialları araşdırıldıqdan sonra isə məlum olmuşdur ki, qətl əməliyyatında iştirak edən 11 nəfər Böyük Britaniya, İrlandiya, Fransa və Almaniyanın saxta pasportları ilə Dubaya gəlmişlər. Onların altı nəfərinin İsrail vətəndaşı olduğu ehtimal edilir. İnterpol 11 nəfər şübhəli şəxsin həbsinə order vermişdir. Dubay polisi isə "Mossad"ın lideri Meir Daqanın həbsinə də istefa verilməsini tələb edir.

Digər xəbərlər