PDF Oxu

Dünya

  • 7

Timoşenko Ukraynanın müstəqilliyinin təhdid edildiyini bildirir

Timoşenko Ukraynanın müstəqilliyinin təhdid edildiyini bildirir
Ukraynanın baş naziri Yuliya Timoşenko fevralın 22-də ukraynalılara etdiyi telemüraciətində bir daha Viktor Yanukoviçin prezident seçkilərindəki qələbəsini tanımadığını və seçkilərin gedişində ciddi qanun pozuntularının edildiyini bildirmişdir. Y.Timoşenko "Korrespondent.net"ə verdiyi müsahibəsində V.Yanukoviçlə heç bir vəchlə birgə koalisiya yaratmayacağını bildirmişdir. O, qeyd etmişdir ki, heç vaxt V.Yanukoviçin "Ukrayna və Avropa əleyhinə apardığı siyasəti" qəbul etməyəcəkdir. Onun fikrincə, V.Yanukoviçin hakimiyyətə gəlməsi ilə Ukraynanın müstəqilliyi "təhlükə ilə üzləşəcəkdir." Y.Timoşenko V.Yanukoviçin prezident səlahiyyətlərinə malik olmadığı bir vaxtda "öz fəaliyyət planını bəyan etməsi nə Avropa, nə də Ukraynanın perspektiv demokratik meyilləri ilə uzlaşmır." YTB lideri Regionlar Partiyasını milli maraqları satmaqda ittiham etmişdir. Y.Timoşenko V.Yanukoviçin prezidentlik müddətinin uzun çəkməyəcəyini bildirmişdir. "UNİAN"-a verdiyi müsahibəsində Y.Timoşenko V.Yanukoviçin hakimiyyətə "yalanla gəldiyini" və hakimiyyət ömrünün "çox da çəkməyəcəyini" bildirmişdir. Xatırladırıq ki, V.Yanukoviçin prezident seçkilərinin ikinci turundan sonra qələbəsini Rusiya, ABŞ, Fransa, Gürcüstan və eləcə də, bir çox dövlət rəhbərləri təbrik etmişdir. Onun inauqurasiya mərasimi fevralın 25-nə təyin edilmişdir.

Digər xəbərlər