PDF Oxu

Dünya

  • 13

Haiti prezidenti zəlzələdən 300 min nəfərin həlak olduğunu bildirib

Haiti prezidenti zəlzələdən 300 min nəfərin həlak olduğunu bildirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Haiti prezidenti Rene Preval fevralın 21-də belə bir bəyanat yaymışdır ki, yanvarın 12-də Haitidə baş vermiş zəlzələnin qurbanlarının sayı 300 min nəfəri keçib. Onun dediyinə görə, indiyədək 200 min nəfərdən çox təbii fəlakət qurbanları dəfn edilmişdir, 100 min nəfərə yaxını isə dağılmış binaların altında qalmaqdadır.
Bir müddət əvvəl, Haitinin müxtəlif rəsmi dairələri zəlzələ nəticəsində ölənlərin 230 min nəfərə yaxın olduğunu bildirirdilər. Bu zaman həlak olanların hansı hesablanmaya əsaslandıqları haqda məlumat verilmir.
Xatırladırıq ki, 7 maqnituda gücünə malik yeraltı təkanlar ölkənin paytaxtı Port-o-Prensi, praktik olaraq, tamamilə dağıtmış, on minlərlə adam bədən xəsarəti almış, 1,5 milyon ölkə sakini isə evsiz qalmışdır.
Təbii fəlakətdən sonra, Haitidə ərzaq və su çatışmazlığı özünün pik nöqtəsinə çatmışdır. Dünyanın bir çox ölkələri Haitiyə humanitar yardımlar göndərsələr də, bu, zərərçəkənlərin hamısına çatmır. Zəlzələnin nəticələri aradan qaldırılmamış yeni bir bəla Haitinin üstünü almışdır. Haitidə fevraldan başlanan mövsüm yağışları küçə və meydanlarda qalan əhalinin çadırlardan istifadə etməsini məhdudlaşdırmağa başlamışdır.

Digər xəbərlər