PDF Oxu

Dünya

  • 4

Yanukoviç baş nazir postuna namizədlərin adını çəkib

Yanukoviç baş nazir postuna namizədlərin adını çəkib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, yeni seçilmiş Ukrayna prezidenti Viktor Yanukoviç ölkənin baş naziri postuna üç nəfərin - Sergey Tiqipko, Arseni Yatsenyuk və Nikolay Azarovun namizədliyini irəli sürdüyünü bildirmişdir. Yeni prezident namizəd məsələsini Ali Rada deputat fraksiyası koalisiyasının formalaşdırılması prosesində dəqiqləşdirəcəyini bildirib. Prezident seçkilərində üçüncü yer tutan "Güclü Ukrayna" partiyasının lideri Sergey Tiqipko müvafiq təklifin ediləcəyi təqdirdə, hökumətə başçılıq etməyə hazır olduğunu bildirmişdir. Ali Radanın keçmiş spikeri, ölkənin keçmiş xarici işlər naziri və "Dəyişiklik Cəbhəsi" partiyasının lideri Arseni Yatsenyuk prezident seçkilərində dördüncü yer tutmuşdur. Qeyri-rəsmi məlumata görə, A.Yatsenyukun namizədliyini Ali Radada fəaliyyət göstərən NUNS fraksiyası irəli sürmüşdür. Baş nazir postuna üçüncü namizəd olan Nikolay Azarov Regionlar Partiyasının sədr müavini və 2002-2004-cü illərdə V.Yanukoviçin hakimiyyəti dövründə maliyyə naziri postunu tutmuşdur.

Digər xəbərlər