PDF Oxu

Dünya

  • 8

Əfqanıstandakı koalisiya qüvvələri 33 dinc sakinin ölümünə səbəb olub

Əfqanıstandakı koalisiya qüvvələri 33 dinc sakinin ölümünə səbəb olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO-nun Əfqanıstandakı koalisiya qüvvələrinin endirdiyi aviasiya zərbəsi nəticəsində 33 nəfər dinc sakinin həyatına son qoyulmuşdur. Alyans nümayəndəsi fevralın 21-də dağ yolu ilə hərəkət edən 3 mikroavtobusa aviasiya zərbəsi endirildiyini etiraf etmişdir. Onun dediyinə görə, kəşfiyyat xidməti avtomobillərdə silahlılara hərbi sursat daşındığı haqda məlumat vermişdi. Ancaq sonradan məlum olmuşdur ki, mikroavtobuslarda 42 nəfər qadın, kişi və uşaq olmuşdur. Əfqanıstan hökuməti baş vermiş insidenti "haqq qazandırlması mümkün olmayan" hadisə kimi qiymətləndirmişdi. Hazırda hadisənin təhqiqatları aparılır. Komissiyanın tərkibində həm Əfqanıstan hökuməti, həm də alyans nümayəndələri iştirak edirlər. Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin komandanı general Stenli Makkristal dinc sakinlərin həlak olmaları ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirmişdir. Onun dediyinə görə, Əfqanıstan xalqını taliblərin zülmündən qorumağa gələn koalisiya qüvvələri hər bu cür insidentdən sonra "missiyamıza olan etimada ağır zərbə endirirlər". S.Makkristal Əfqanıstan prezidenti Həmid Karzayidən də üzr istəmişdir. Hazırda Əfqanıstanın cənubunda "Müşətərək" adı altında taliblərə qarşı böyük hərbi əməliyyat keçirilir. Əməliyyatda Əfqanıstanın hökumət qüvvələri ilə koalisiya qüvvələri birgə iştirak edirlər.

Digər xəbərlər