PDF Oxu

Dünya

  • 4

"Taliban" hərəkatının tanınmış lideri Pakistanda ələ keçib

"Taliban" hərəkatının tanınmış lideri Pakistanda ələ keçib
"Kommersant" qəzetinin yazdığına görə, Pakistanın xüsusi xidmət orqanı əməkdaşları "Taliban" hərəkatının tanınmış lideri Abdulla Qəni Bəradəri ələ keçirmişlər. Hərəkat nümayəndələri isə bu şəxsin həbs edilməsi haqqındakı faktları təkzib edir və onun öz fəaliyyətini davam etdirməkdə olduğunu bildirirlər. Pakistanda nəşr edilən "Davn" qəzetinin yazdığına görə, ölkənin İSİ xüsusi xidmət orqanı əməkdaşları fevralın 7-də Kəraçi şəhərində keçirilən hərbi əməliyyatdan sonra cənab Bəradərini həbs etmişlər. Qəzetin yazdığına görə, "Taliban" hərəkatının liderini gizləndiyi Qudamul Quran ruhani seminariyasında həbs etmişlər. Əməliyyat, hadisə yerinə təhlükəsizlik qüvvələrinin böyük dəstəsini cəlb etmədən, sakit tərzdə keçmişdir. Abdul Bəradər və dörd tərəfdarı seminariyadan bayıra çıxarkən, onları yaxalayıb, yaxınlıqdakı avtomobilə oturtmuşlar. Xatırladırıq ki, həmin seminariya Kəraçi şəhəri ətrafında yerləşir.

Digər xəbərlər