PDF Oxu

Dünya

  • 6

NATO hərbi baza haqda Rusiya-Abxaziya müqaviləsini qeyri-qanuni elan edib

NATO hərbi baza haqda Rusiya-Abxaziya müqaviləsini qeyri-qanuni elan edib
"Doyç Vell" nəşrinin məlumatına görə, Şimali Atlantika Alyansı Rusiyanın Abxaziyada hərbi baza yerləşdirmək haqda tanınmamış respublikanın rəhbərliyi ilə Moskvada imzaladığı razılaşma sənədini qeyri-qanuni elan etmişdir. Alyans nümayəndəsi Karmen Romeronun dediyinə görə, alyans Gürcüstan regionu ilə əlaqədar ərazilərdə Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə hər hansı danışıqlarını tanımaq fikrində deyildir. Məlum olduğu kimi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini NATO-ya üzv ölkələrin heç biri tanımamışdır. Bu ölkələri Rusiyadan başqa yalnız Nikaraqua, Venesuela və Sakit okeanın kiçik adalarının birində yerləşən Nauru tanımışdır. K.Romero öz bəyanatında xatırlatmışdır ki, alyans Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını qəbul etməmiş və Moskvanı bu qərardan imtina etməyə çağırmışdır. Qudautuda əldə edilmiş razılaşma Rusiyaya imkan verir ki, yaxın 49 il ərzində tanımamış bu iki respublika ərazisində öz hərbi bazasını yerləşdirsin. Qudautuda razılaşma sənədini fevralın 17-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Abxaziyanın müdafiə naziri Merak Kişmari imzalamışlar. Rusiya bu iki tanınmamış respublikada hərbi baza yerləşdirəcəyi haqda bəyanatını 2009-cu ilin yazında vermişdir. Alyans rəhbərliyi belə hesab edir ki, Rusiya-Abxaziya müqaviləsi Avropa Birliyinin vasitəçiliyi ilə 2008-ci ildə Rusiya-Gürcüstan silahlı qarşıdurmasının başa çatması haqqındakı şərtin müddəlarına xələl gətirir.

Digər xəbərlər