PDF Oxu

Dünya

  • 14

Ukrayna Məhkəməsi Yanukoviçin qələbəsini təsdiq edən protokolun fəaliyyətini dayandırıb

Ukrayna Məhkəməsi Yanukoviçin qələbəsini təsdiq edən protokolun fəaliyyətini dayandırıb
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna Ali Admnistrativ Məhkəməsi ölkə MSK-nın Viktor Yanukoviçin seçilmiş prezident elan edilməsi haqda çıxardığı son protokolun fəaliyyətini dayandırmaq haqda qərar qəbul etmişdir.
Bu tələbat Ukraynanın baş naziri Yuliya Timoşenkonun seçkilərin ikinci turunun nəticələrinin saxtalaşdırılması haqqında iddiasının təmin edilməsi ilə əlaqədar yaranmışdır. Bununla da, baş nazirin vəkillərinin V.Yanukoviçin inauqurasiya mərasiminin təxirə salınması ilə əlaqədar ölkənin Ali Administrativ Məhkəməsinə müraciəti qismən də olsa təmin edilmişdir.
Yuliya Timoşenko Bloku nümayəndələri V.Yanukoviçin andiçmə mərasiminin məhkəmə tərəfindən qadağan edilməsini tələb etsələr də, Ukrayna Ali Administrativ Məhkəməsi bu tələblə çıxış etməmişdir. "Məhkəmə bu qərara gəlmişdir ki, V.Yanukoviç iddia üzrə qaldırılan məsələdə cavabdeh şəxs olmadığı üçün, məhkəmə onun hər hansı bir mərasimi icra etməsini qadağan etmək hüququnda deyildir" deyə hakimlər izah etmişlər.
Y.Timoşenko məhkəmədən tələb etmişdir ki, prezident seçkilərinin ikinci turunun qeyri-qanuni olduğu haqda qənaəti möhkəmləndirərək, növbədənkənar seçkilərin keçirilməsi qərarını qəbul etsin. Regionlar Partiyasının nümayəndələri isə geniş dairədə saxtakarlıqların olmadığını əsas gətirərək, Y.Timoşenkonun iddiasının təmin edilməyəcəyini bildirmişlər.
V.Yanukoviçin inauqurasiya mərasimi fevralın 25-nə təyin edilmişdir.

Digər xəbərlər