PDF Oxu

Dünya

  • 10

Tehranda keçirilən mitinqlərdə iki Rusiya vətəndaşı saxlanılıb

Tehranda keçirilən mitinqlərdə iki Rusiya vətəndaşı saxlanılıb
"İSNA" İran xəbərlər agentliyinin Tehran prokuroru general Abbas Cəfəri Dövlətəbəndiyə istinadən yaydığı məlumata görə, fevralın 11-də Tehranda keçirilən etiraz aksiyası zamanı iki Rusiya vətəndaşı həbs edilmişdir. Onlardan biri İran sərhədini qeyri-qanuni yollar keçməkdə ittiham edirlər. İkinci Rusiya vətəndaşı isə, artıq azadlığa buraxılmışdır. Rusiyanın İrandakı səfirliyi agentliyin bu məlumatına təkzib etmişdir. Səfirliyin mətbuat attaşesinin dediyinə görə, hazırda İranda olan Rusiya vətəndaşları "Heç bir problemlə üzləşmirlər. Bizim vətəndaşlardan nə təhqiqat altında, nə də həbsxanada olan yoxdur". RİA "Novosti" agentliyi bu məlumatı təsdiq etmişdir. Tehran prokurorunun jurnalistlərə verdiyi məlumata görə, fevralın 11-də daha 3 xarici ölkə vətəndaşı - fransız, yapon və əfqan saxlanılmışdır. Bir müddət sonra, heç bir təqsiri olmadığını görə, Fransa və Yaponiya vətəndaşı azadlığa buraxılmışdır. Hakimiyyət dairələri Əfqanıstan vətəndaşının qeyri-qanun yığıncaqlarda iştirak etdiyini güman edir.

Digər xəbərlər