PDF Oxu

Dünya

  • 8

Medvedev Gürcüstan prezidentini "Persona non qrata" elan edib

Medvedev Gürcüstan prezidentini "Persona non qrata" elan edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Abxaziya prezidenti Sergey Baqapşla birgə keçirdiyi mətbuat konfransında Gürcüstan prezidenti Mixail Saakaşvilini "Persona non qrata" elan etmişdir. Xatırladırıq ki, Mixail Saakaşvili Avropa turnesi çərçivəsində keçirdiyi görüşlərdən birində Gürcüstanın Rusiya ilə əlaqələrinin V.Putin və D.Medvedevin hakimiyyətlərinə son qoyulduqdan sonra bərpa olunacağını bildirmişdi. D.Medvedev isə öz çıxışında gələcəkdə Rusiyanın Gürcüstanla müsbət əlaqələr quracağını bildirmişdir. "Başqa cür ola da bilməz. Ancaq Gürcüstanın hazırda iqtidarda olan prezidenti ilə şəxsən mən heç bir əlaqələrin qurulmasının tərəfdarı deyiləm" deyə Rusiya prezidenti bildirmişdir. Rusiya ilə Gürcüstanın diplomatik münasibətləri 2008-ci ilin yayında Cənubi Osetiya ilə müharibədən sonra pozulmağa başlamışdır. "biz həmişə gürcü xalqına qarşı dostluq hissləri ilə yaşamışıq və bundan sonra da yaşayacağıq" deyə V.Putin bildirmişdir. Onun fikrincə, 2008-ci ildəki silahlı qarşıdurma da bu münasibətləri korlaya bilməyəcəkdir. Gürcüstan hökuməti Cənubi Osetiya və Abxaziyanın öz tərkib hissəsi olduğunu bəyan etməkdə davam edir. Xatırladırıq ki, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini idiyədək yalnız Rusiya, Nikaraqua, Venesuela və Sakit Okeanın qərb hissəsindəki korall adalarında yerləşən Nauru Respublikası tanımışdır.

Digər xəbərlər